Siyahıya alınmalı əmlakın tərkibində qiymətli əlyazmaları, ədəbi əsərlər, tarixi və ya elmi əhəmiyyəti olan məktublar olduqda, bu sənədlər ayrıca qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Miras əmlakın qorunması miras qəbul edilənədək, miras qəbul edilmədikdə isə qanunla mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlər bitənədək davam edir.