Texniki infrastrukturun və proqram təminatlarının tələb edilən təhlükəsizlik tənzimləmələri ilə düzgün işləməsini və konfiqurasiyalarının icazəsiz və ya yanlış dəyişikliklərdən mühafizəsini təmin etmək məqsədilə konfiqurasiyalar, o cümlədən təhlükəsizlik konfiqurasiyaları müəyyən edilir, sənədləşdirilir, tətbiq edilir və monitorinqi həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Qanunsuz açıqlanmasının qarşısının alınması məqsədilə qanunvericiliyin tələbləri və müqavilə şərtləri nəzərə alınmaqla giriş icazəsi olmayan şəxslərə münasibətdə həssas informasiyanın adsızlaşdırılması həyata keçirilir və informasiya təsnifatına uyğun olaraq giriş hüquqları müəyyən edilərək mühafizəsi təmin edilir.