Siyahıya alınmış əşyalar pərakəndə qiymətlər üzrə (köhnəlməsi nəzərə alınmaqla) pərakəndə qiymətləri olmayan əşyalar isə səriştəli şəxslərin rəyinə əsasən qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Daşınmaz əmlak və nəqliyyat vasitələri bazar qiymətləri üzrə və ya inventarizasiya qiyməti üzrə qiymətləndirilir. Torpaq sahələri bazar qiymətləri ilə, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaqların yeni normativ qiymətlərinin müəyyən edilməsi haqqında” qərarı ilə müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərti ilə qiymətləndirilir.