Əsasın qeyri-bərabər deformasiyasının təsirindən mühafizə tədbiri kimi bina və qurğuların düzəldilməsi başqa (konstruktiv, əsasın hazırlanması və s.) mühafizə tədbirlərinin tətbiqini inkar etmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.
Düzəldilmə nəzərə alınaraq işlənən bina və qurğuların prinsipial konstruktiv həll layihələri layihəçi tərəfindən işlənilməli və sifarişçi ilə razılaşdırılmalıdır. Karkassız bina və qurğuların bünövrə hissəsində onların domkratlarla düzəldilməsi mümkünlüyü ilə layihələndirildikdə (domkratların yerləşməsi üçün) boşluqlar və binanın (qurğunun) dayaq və qaldırılan hissəsi arasında üfüqi bölücü tikiş nəzərdə tutulmalıdır, həmçinin düzəldici qurğu quraşdırılan yerlərə sərbəst daxil olma təmin edilməlidir.