Müəyyən sığorta sinfinə münasibətdə “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda nəzərdə tutulmuş sığorta ehtiyatlarından hər hansı birində təkrarsığortaçıların payı sığorta ehtiyatlarından böyük olarsa, həmin sığorta ehtiyatlarında təkrarsığortaçıların payı sığorta ehtiyatlarına bərabər götürülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sığorta (təkrarsığorta) müqaviləsinin şərtləri təkrarsığortaya ötürülmüş risklərlə bağlı təkrarsığorta müqaviləsinin şərtlərinə uyğun olmadıqda, uyğunluq təşkil etməyən risklərə münasibətdə sığorta ehtiyatlarında təkrarsığortaçıların payı sıfıra bərabər olur.