Katastrofik risklər üzrə ehtiyatının hesablanması katastrofik risk təminatı verilmiş hesabat tarixinə qüvvədə olan hər bir sığorta (təkrarsığorta) müqaviləsi üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Katastrofik risk təminatı verilən sığorta (təkrarsığorta) müqaviləsində sığorta haqqının katastrofik risk təminatına düşən hissəsi müqavilə ilə müəyyənləşdirilmədiyi halda, bu məbləğ sığorta haqqının ölüm təminatına düşən hissəsinin azı 11%-nə (bu Qayda nəzərə alınmaqla) bərabər hesab edilir.