İnkişaf mühiti informasiya sisteminin proqram təminatlarının işlənib hazırlanması mühiti, istifadəçi informasiya sistemində giriş hüququ olan personal və müştərilərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Kriptoqrafik vasitələr informasiyanın kriptoqrafik çevrilməsindən istifadə etməklə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan üsullar (avadanlıqlar, tətbiqi proqram təminatları və s.), kritik informasiya sistemi – həssas informasiya üzrə informasiya proseslərini icra edən, nəzarət subyektlərinin əsas fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə edilən və (və ya) nəzarət subyektlərində risklərin qiymətləndirilməsinə əsasən yüksək təsir səviyyəsinə malik olan informasiya sistemləridir.