Binanın ümumi sahəsi bütün yerüstü və yeraltı mərtəbələrin (texniki, mansarda, kürsü mərtəbələri də daxil olmaqla) sahələrinin cəmi kimi müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.

Antresolların, başqa binalara keçidlərin, tamaşa və digər zalların qalereya və balkonlarının, şüşələnmiş eyvan və lojiyaların sahələri binanın ümumi sahəsinə daxil edilir. Binanın ümumi sahəsinə ayrıca olaraq binanın açıq isidilməyən planlaşdırma elementlərinin (istismar olunan damların, açıq xarici qalereyaların, açıq lociyaların və s. sahələri daxil olmaqla) sahələri daxil edilir.