Operatorun daxili auditlə bağlı hansı tələblərə əməl etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operator daxili auditlə bağlı aşağıdakı tələblərə əməl etməlidir:
– operatorun səlahiyyətli idarəetmə orqanı daxili audit planlarını təsdiq etməli, audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şərait yaratmalı və daxili audit xidmətinin aşkar etdiyi pozuntu və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir;
– operatorun daxili audit xidməti gündəlik əməliyyat və nəzarət funksiyalarından ayrı olmalıdır;
– operatorun daxili audit xidməti azı ildə bir dəfə operatorun idarəetmə orqanlarına həyata keçirilmiş yoxlamalar, aşkar edilmiş pozuntu və çatışmazlıqlar, verilən tövsiyələr və onların icra vəziyyəti barədə hesabat verməlidir.