Qazanılmış məcmu sığorta (təkrarsığorta) haqqı dövr ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu baza sığorta (təkrarsığorta) haqlarının və dövrün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsinin cəmindən həmin dövrün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsini çıxdıqdan sonra qalan məbləğdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Minimum depozit təkrarsığorta haqqı qeyri-mütənasib obliqator təkrarsığorta müqavilələrində təkrarsığortalının gözlənilən sığorta portfelinə uyğun olaraq müəyyən edilən, müqavilə ilinin əvvəlində ödənilən ilkin təkrarsığorta haqqıdır.