Şərti öhdəliklər ehtiyatı “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə formalaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Şərti öhdəliklər ehtiyatı İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçılar tərəfindən aparılmasına icazə verilən hər bir icbari sığorta sinfi üzrə hesabat dövrü ərzində hesablanmış sığorta (təkrarsığorta) haqlarının (xitam verilmiş sığorta (təkrarsığorta) müqavilələri üzrə qaytarılmış sığorta haqları və Azərbaycan Respublikasının rezidenti olan sığortaçılara ötürülmüş müqavilələr üzrə təkrarsığorta haqları çıxılmaqla) 3%-i məbləğində formalaşdırılır.
Şərti öhdəliklər ehtiyatında təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir.