Sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna zərərlər ehtiyatı sığorta hadisələri ili üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı ilə baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının cəmidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Zərərlilik dərəcəsi sığorta fəaliyyətinin ümumilikdə və ayrı-ayrı sığorta sinifləri üzrə səmərəliliyini, habelə sığortaçının maliyyə vəziyyətini səciyyələndirir. Zərərlilik dərəcəsi zərər əmsalı ilə xərc əmsalının cəminə bərabərdir. Zərərlilik dərəcəsi ilə bağlı hesablamalarda istifadə olunan bütün göstəricilər eyni hesabat dövrünə aid olmalıdır.