Tikinti sahəsi binanın xarici haşiyəsi üzrə kürsü səviyyəsində çıxıntı hissələri, bina altındakı keçid, binanın xarici qoruyucu konstruksiyaları olmayan hissələri də daxil olmaqla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan yerüstü hissəsinin və +0,000 səviyyəyə qədər olan yeraltı hissəsinin tikinti həcmlərinin cəmi kimi müəyyən edilir. Binanın yerüstü və yeraltı hissələrinin tikinti həcmləri binanın hər bir hissəsinin qoruyucu konstruksiyalarının xarici səthləri hüdudlarında işıq və aerasiya fənərləri də daxil olmaqla müəyyən edilir.