Etibarnamədə, onun dublikatının etibar edilən şəxs tərəfindən əldə etmək səlahiyyətinin olub-olmaması barədə qeyd yazılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə isə bu Təlimatın 31-ci hissəsinin ikinci abzasına uyğun olaraq onun surəti notariat işinə əlavə edilir.