İnformasiya sistemlərində, şəbəkə və digər infrastruktur elementlərində informasiya sızıntısının qarşısının alınması üçün informasiyanın təsnifatı nəzərə alınmaqla potensial informasiya sızıntısı baş verə biləcək kanalların monitorinqinin həyata keçirilməsi və sızıntının qarşısının alınması üçün müvafiq alətlərdən (nəzarət mexanizmləri, proqram təminatı, sistem və s.) istifadə edilməsi təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Əlçatanlıq tələblərini qarşılamaq məqsədilə kritik informasiya sistemləri üzrə azı aşağıdakılar müəyyən olunmaqla informasiya texnologiyalarının kifayət qədər olması təmin edilir:

– azı 2 (iki) şəbəkə xidməti təchizatçısı və (və ya) internet xidməti təchizatçısı ilə müqavilə bağlanması;

– informasiya sistemlərində fəaliyyətin fasiləsizliyi üçün yüklənmələrin tarazlaşdırılması və klasterizasiya texnologiyalarının tətbiq edilməsi;

– informasiya texnologiyaları və kommunikasiya avadanlıqlarının dublikat komponentlərə (mərkəzi prosessor, operativ yaddaş qurğusu, digər yaddaş qurğuları və s.) malik olması.