Emitent ödəniş alətləri ilə aparılmış şübhəli əməliyyatlar üzrə monitorinqin keçirilməsini müqavilə əsasında ödəniş sistemi operatoruna həvalə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Bu zaman emitent qanunvericilikdə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və hədəfli maliyyə sanksiyaları sahəsində qanunvericilikdə, eləcə də ödəniş xidməti istfadəçisi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifədən azad edilmir.