Tənzimlənməmiş tələb sığorta (təkrarsığorta) müqaviləsinə müvafiq olaraq sığorta ödənişinin həyata keçirilməsi üçün sığortaçıya bildirilmiş elə sığorta (təkrarsığorta) tələbidir ki, onunla əlaqədar sığorta ödənişi verilməmişdir və ya tam məbləğdə verilməmişdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Gətirilmiş gözlənilən dəyər faiz dərəcəsi və hesabat tarixi ilə sığorta haqlarının və ya sığorta ödənişlərinin verilməsi tarixləri arasındakı müddət nəzərə alınmaqla hesablanan (diskontlaşdırılan) sığorta haqlarının və ya sığorta ödənişlərinin, yaxud da xərclərin gözlənilən (ehtimal olunan) dəyəridir.