Kağız və digər informasiya daşıyıcıları təmiz masa və təmiz ekran qaydası qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Kağız və digər informasiya daşıyıcıları üçün azı aşağıdakılar nəzərə alınmaqla təmiz masa və təmiz ekran qaydası qəbul edilir və personalla kommunikasiya edilir:
– həssas informasiya və əlaqəli informasiya texnologiyaları mühafizə edilən sahələrdə saxlanılır;
– kompüter avadanlıqlarından istifadə başa çatdırıldıqda avadanlığa giriş məhdudlaşdırılır və yenidən istifadə üçün müvafiq şifrə, token və digər istifadəçi autentikasiya üsulu tətbiq edilir.