Katastrofik risklər üzrə ehtiyatın (KRE) hesablanması katastrofik risk təminatı verilmiş hesabat tarixinə qüvvədə olan hər bir sığorta (təkrarsığorta) müqaviləsi üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Katastrofik risk təminatı verilən sığorta (təkrarsığorta) müqaviləsində sığorta haqqının katastrofik risk təminatına düşən hissəsi müqavilə ilə müəyyənləşdirilmədiyi halda, bu məbləğ daşınmaz əmlakın sığortası ilə bağlı sığorta növləri üzrə sığorta haqqının azı 20%-nə, digər sığorta növləri üzrə isə sığorta haqqının azı 2%-nə bərabər hesab edilir.