İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə katastrofik risklər üzrə ehtiyat (KRE) “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”na əsasən hesablanır və bu sığorta növü üzrə sığorta haqqının katastrofik risk təminatına düşən hissəsi sığorta haqqının azı 2%-nə bərabər hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
KRE-nin yuxarı həddi hesabat tarixindən əvvəlki son 5 (beş) təqvim ilinin sonuna katastrofik risk üzrə hesablanmış xalis baza sığorta haqlarının (baza sığorta haqqından təkrarsığorta haqqı çıxıldıqdan sonra qalan hissə) ən yüksək məbləğinin 150%-ni aşmamalıdır.