Qurğuların yerləşmə yerlərində döşəmədən tavanın çıxıntı konstruksiyası arasında hündürlük 1,9 m-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.
Düzəldilməsi lazım olan bina və qurğuların layihələrində onların istismar müddətində instrumental müşahidələr üçün tikinti zamanı qoyulacaq nişanlar nəzərdə tutulmalıdır. Liftlərin şaxtaları binanın düzəldilən (qaldırılan) hissəsi üzərində və ya bünövrələrdən ayrıca sərbəst bünövrə üzərində oturdulmaqla, konstruksiyaları binanın yerüstü hissəsindən tikişlərlə ayrılmaqla və lift şaxtasının şaquli sapmasının düzəldilməsi üçün kifayət qədər aralıq ölçülərlə layihələndirilməlidir. Lift şaxtalarının bünövrələrində düzəldici qurğuların quraşdırılması üçün boşluqlar nəzərdə tutulmalıdır.