Çoxişıqlı yerləşgələrin sahəsi, həmçinin pilləkən marşları arasındakı məsafə marşın enindən çox olduqda həmin sahə və mərtəbəarası örtükdə 36 kv.metrdən çox olan boşluqların sahələri binanın ümumi sahəsinə yalnız bir mərtəbə hüdudunda bir dəfə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Mərtəbənin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. Bayır divarları maili olduqda mərtəbənin sahəsi döşəmə səviyyəsində ölçülür.