Nəzarət subyekti personalın və aktivlərə giriş hüququ olan təchizatçıların fəaliyyətə başlamazdan əvvəl informasiya təhlükəsizliyi sahəsində onlar üçün nəzərdə tutulmuş vəzifələrə uyğun olmalarını təmin etmək məqsədilə hansı tədbirləri həyata keçirdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Nəzarət subyekti personalın və aktivlərə giriş hüququ olan təchizatçıların fəaliyyətə başlamazdan əvvəl informasiya təhlükəsizliyi sahəsində onlar üçün nəzərdə tutulmuş vəzifələrə uyğun olmalarını təmin etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:
– biznes tələblərinə, giriş əldə edilən informasiyanın təsnifatına və proqnozlaşdırılan risklərə adekvat olaraq namizədlərin uyğunluğunu müəyyən edir;
– bağlanmış müqavilələr və nəzarət subyektinin daxili sənədləri ilə onların və nəzarət subyektinin informasiya təhlükəsizliyi üzrə öhdəliklərini müəyyənləşdirir.