Ödəniş əməliyyatının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət GMA-nı tətbiq etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Ödəniş terminalları vasitəsilə nağd pul vəsaitinin əldə olunması GMA tətbiq edilməklə həyata keçirilməlidir. GMA-nın hər hansı elementi üçün ödəniş xidməti təchizatçısı tərəfindən təqdim edilən proqram təminatı istifadə olunduğu halda, ödəniş xidməti təchizatçısı müvafiq proqram təminatının kənar müdaxilələrdən qorunmasını təmin etməlidir.