Operator fəaliyyəti ilə bağlı hesabatı rüblük əsasda növbəti rübün ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operator hər ilin yanvar ayının son iş gününədək ötən təqvim ili ərzində baş vermiş dəyişikliklər göstərilməklə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısını, onlar arasında əlaqə üzrə topoloji diaqramı (kənar təşkilatlardan alınan xidmətlər və inteqrasiyalar qeyd edilməklə) Mərkəzi Banka təqdim edir.