Təkrarsığortaya ötürülmüş annuitet sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə müntəzəm sığorta ödənişlərində təkrarsığortaçıların payının məbləği artdıqda riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payının necə müəyyən edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Təkrarsığortaya ötürülmüş annuitet sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə müntəzəm sığorta ödənişlərində təkrarsığortaçıların payının məbləği artdıqda riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payı aşağıdakı kimi müəyyən edilir:
– sığorta ödənişləri dövründə bu Qaydada nəzərdə tutulmuş qaydada. Bu zaman sığorta ödənişlərində təkrarsığortaçıların payının gətirilmiş gözlənilən dəyərinin hesablanması sığorta ödənişlərində təkrarsığortaçıların payının artımı nəzərə alınmaqla aparılır;
– sığorta haqlarının yığımı dövründə aşağıdakı məbləğlərin böyük olanı əsasında:
– sığorta ödənişlərində təkrarsığortaçıların payının gətirilmiş gözlənilən dəyəri ilə bu Qaydaya müvafiq olaraq hesablanmış riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payının məbləğinin cəmi. Bu zaman sığorta ödənişlərində təkrarsığortaçıların payının gətirilmiş gözlənilən dəyərinin hesablanması sığorta ödənişlərində təkrarsığortaçıların payının artması nəzərə alınmamaqla aparılır və təkrarsığortaya ötürülmüş annuitet sığortası sinfinə aid olan sığorta müqaviləsi üzrə hesablanan və bölüşdürülən əlavə gəlirlərdə təkrarsığortaçıların payının məbləğinə bərabər olur;
– riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payının bu Qaydaya müvafiq olaraq müəyyən edilmiş məbləği (təkrarsığortaya ötürülmüş annuitet sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə sığorta ödənişlərində təkrarsığortaçıların payının sığortaçının əlavə gəlirlərində təkrarsığortaçıların payı hesabına artırılması nəzərə alınmaqla).