Sığortaçı sığorta ehtiyatlarının hesablanması üçün zəruri məlumatları əks etdirən kağız və ya elektron daşıyıcılarda olan sənədləri (sığorta (təkrarsığorta) müqavilələri, sığorta (təkrarsığorta) müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və ya sığorta hadisələrinin baş verməsi haqqında daxil olmuş ərizələr, bildirilmiş zərərin ehtimal olunan ilkin məbləğini əks etdirən sənədlər, hesablanmış komisyon muzdlar, sığorta (təkrarsığorta) haqlarının ödənilməsi, hesablanmış sığorta ödənişləri, sığorta ödənişlərinin verilməsi və qaytarılan sığorta (təkrarsığorta) haqları barədə mühasibat sənədləri) sığorta (təkrarsığorta) müqavilələri üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.