Zərər əmsalı təkrarsığortaçıların payı həm çıxılmamaqla, həm də çıxılmaqla hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalı ayrılıqda hər bir sığorta sinfi və bütün sığorta portfeli üzrə məcmu zərərlərin qazanılmış məcmu sığorta haqlarına nisbətinə bərabərdir. Təkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərər əmsalı ayrılıqda hər bir sığorta sinfi və bütün sığorta portfeli üzrə təkrarsığortaçıların payı çıxılmaqla hesablanan məcmu zərərlərin qazanılmış xalis sığorta haqlarına (sığorta haqqından təkrarsığorta haqqı çıxıldıqdan sonra qalan hissə) nisbətinə bərabərdir.