Cəlilabad rayonunun Günəşli kəndində bədbəxt hadisə baş verib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, 2013-cü il təvəllüdlü Niftiyeva Zəhra Saleh qızı elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.
Məlumata görə, mərhum ailədə 3 bacı və 1 qardaş olublar.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.