Mansarda mərtəbəsinin sahəsi bayır divarların və çardağın tağlarına bitişik mansarda divarlarının daxili səthləri hüdudunda ölçülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın faydalı sahəsi, pilləkən qəfəsələri, lift şaxtaları, daxili açıq pilləkənlər və panduslar istisna olmaqla, binada yerləşən bütün yerləşgələrin, həmçinin zallardakı balkonların və antresolların, foyelərin və sairə sahələrinin cəmi kimi müəyyən edilir.