Notarius vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə bildiriş göndərməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notarius dəyişdirilmiş, ləğv və ya məhv edilmiş vəsiyyətnamə barəsində reyestrdə və vəsiyyətnamələrin uçotunun əlifba kitabında qeyd etməlidir.