Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilmişdirsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab edilir.
Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər aşağıdakılar hesab edilir:
– fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə;
– şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı.