İnformasiya və digər əlaqəli aktivlərin nəzarət subyektinin ərazisindən kənarda istifadəsi ilə bağlı yarana biləcək risklər nəzərə alınmaqla müvafiq təhlükəsizlik tədbirləri tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Elektrik və telekommunikasiya xətlərinin kəsilməzliyi, bu xətlərin fərqli kanallarla aparılması, elektrik və telekommunikasiya xətləri qovşaqlarının mühafizə edilməsi, onların yerləşdiyi otaqlara girişə nəzarət edilməsi, habelə kənar müdaxilələrdən və zədələnmələrdən qorunması təmin edilir.