Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.