İstilik təchizatı, daxili su kəmərləri və kanalizasiya sistemlərinin necə layihələndirilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.

İstilik təchizatı, daxili su kəmərləri və kanalizasiya sistemləri binanın (qurğunun) düzəldilməsi prosesində boru kəmərlərinin normal istismarını təmin edən aşağıdakı konstruktiv tədbirlər nəzərə alınmaqla layihələndirilməlidir:

– boru kəmərlərinin düzəldici qurğuların yerləşdirilməsi üçün nəzərdə tutulmuş boşluqlardan kənarda çəkilməsi;

– boru kəmərlərinin dayaq və ayırıcılarının binanın (qurğunun) qaldırılan hissəsi və dayaqlar arasında üfüqi bölüşdürücü tikişdən yuxarı yerləşən bina (qurğu) konstruksiyasına bərkidilməsi;

– divar və bünövrədən boru kəmərlərinin buraxılması üçün deşiklərin qurulması və boru kəmərləri ilə inşaat konstruksiyaları arasında aralıqların təminatı;

– boru kəmərlərinin üfüqi və şaquli yerdəyişməsini təmin edən kompensatorların qurulması;

– isti və soyuq su boru kəmərlərinin bütün dayaqlarında bağlayıcı ventillərin qoyulması.