Katastrofik risklər üzrə ehtiyatın (KRE) yuxarı həddi hesabat tarixindən əvvəlki son 5 (beş) təqvim ilinin sonuna katastrofik risk üzrə hesablanmış xalis baza sığorta haqlarının (baza sığorta haqqından təkrarsığorta haqqı çıxıldıqdan sonra qalan hissə) ən yüksək məbləğinin 150%-ni aşmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Katastrofik risk təminatı verilmiş hadisənin baş verməsi zamanı bu ehtiyat sığorta (təkrarsığorta) müqaviləsi ilə təminat verilmiş katastrofik risklərə görə verilən sığorta ödənişlərinin (sığorta ödənişləri verilənə qədər isə xalis BTZE-nin) məbləği qədər (sığorta ödənişlərində təkrarsığortaçının payı və sığorta müqaviləsi üzrə azadolma məbləğləri çıxılmaqla) azaldıla bilər.