Hansı əməliyyatların Gücləndirilmiş müştəri autentifikasiyası (GMA) tətbiq edilmədən həyata keçirilə biləcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Aşağıdakı əməliyyatlar GMA tətbiq edilmədən həyata keçirilə bilər:
– ödəniş hesab(lar)ının balansına dair məlumat əldə edilməsi;
– ödəniş hesab(lar)ı üzrə son 180 (bir yüz səksən) gün ərzində aparılan ödəniş əməliyyatlarına dair məlumatın əldə edilməsi.
Aşağıdakı hallardan azı biri olduqda halda, yuxarıda müəyyənləşdirilən istisnalar tətbiq edilmir:
– ödəniş xidməti istifadəçisi qeyd edilən məlumatları məsafədən ilk dəfə əldə etdikdə;
– ödəniş xidməti istifadəçisinin GMA-nın tətbiqi ilə ödəniş hesab(lar)ı üzrə son 180 (bir yüz səksən) gün ərzində aparılan ödəniş əməliyyatlar üçün ödəniş hesabına daxil olmasından 180 (bir yüz səksən) gündən çox zaman keçdikdə;
– müştərinin həssas ödəniş məlumatları açıqlandıqda.