“Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası” lisenziya əsasında fəaliyyət göstərən ödəniş sistemi operatorunun minimum nizamnamə kapitalının miqdarını, operatorun biznes-planına, daxili nəzarət sisteminə, risklərin idarə edilməsi sisteminə, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirlərinə dair tələbləri, habelə operator tərəfindən fəaliyyəti barədə verilən hesabatların forması, məzmunu və təqdim edilmə qaydasını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.