“Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulan tələblərə dair hesabatlar Mərkəzi Bankın informasiya təhlükəsizliyinə dair normativ xarakterli aktı ilə müəyyənləşdirilən qaydada və müddətdə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ödəniş sisteminə yeni iştirakçılar daxil olduqda və ya mövcud iştirakçı ödəniş sistemindən çıxdıqda (çıxarıldıqda), habelə iştirakçının statusu (birbaşa və ya dolayı iştirakçı) dəyişdikdə operator 5 (beş) iş günü müddətində hesabatı Mərkəzi Banka təqdim edir.