UEFA Avropa Liqasının “Atalanta” və “Bayer” komandaları arasındakı final qarşılaşmasına başa çatıb.
Heftelik.az-ın məlumatına görə, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçda İtaliya təmsilçisi almanları 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub.
Qarşılaşmada qolları 12-ci və 26-cı və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.
Bununla da “Atalanta” “Bayer”in uzun müddətdir ki, davam edən məğlubiyyətsizlik seriyasında da son qoyub.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04” Bakıda keçirilən oyunda son dəqiqələrdə məğlubiyyətdən qurtularaq 2:2 hesablı heç-heçəyə nail olub, Almaniyada isə əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qurtulmağa və qəlbə qolunu vurmağa nail olmuşdu.