Operator özünün, habelə iştirakçılarının məruz qala biləcəyi risklərin müəyyən edilməsini, qiymətləndirilməsini, monitorinqini və nəzarətini təmin edən risklərin effektiv idarə edilməsi sisteminə malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Risklərin idarə edilməsi sistemi azı aşağıdakı qayda və prosedurları əhatə etməlidir:
– operatorun bütün mövcud və potensial risklərinin, o cümlədən əməliyyat, komplayens, biznes, kredit, likvidlik və digər risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarəti qaydası, həmçinin risklərin idarə olunması məqsədilə istifadə olunan alətləri;
– kənar təchizatçının xidmətlərindən istifadə edildikdə bununla bağlı yarana biləcək risklərin idarə edilməsi proseduru;
– ödəniş sisteminin fəaliyyətinin təmin edilməsi üçün digər təşkilatların xidmətlərindən (internet, elektrik təchizatı və s.) istifadə etdikdə bununla bağlı yarana biləcək risklərin idarə edilməsi proseduru;
– operatorun struktur bölmələri arasında risklər üzrə səlahiyyət bölgüsünün, habelə qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin həyata keçirilməsi proseduru;
– risklərlə bağlı stress-testlərin aparılması qaydası və ssenariləri;
– risklərin idarə edilməsi üzrə hesabatlılıq sistemi.