Sığortaçının həyat və qeyri-həyat sığortası sahələri üzrə sığorta ehtiyatlarının hesablanması üçün zəruri olan məlumatların ayrılıqda qeydiyyatını necə aparmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Sığortaçı həyat və qeyri-həyat sığortası sahələri üzrə sığorta ehtiyatlarının hesablanması üçün zəruri olan məlumatların ayrılıqda aşağıdakı jurnallarda qeydiyyatını aparmalıdır:
– “Sığorta (təkrarsığorta) müqavilələrinin uçotu jurnalı”;
– “Zərərlərin uçotu jurnalı”.
Sığortaçı həmin jurnallarda (axırıncı sütundan sonra) sığorta (təkrarsığorta) müqavilələri və zərərlərlə bağlı digər məlumatları da göstərə bilər.