Sınaq mühiti informasiya sisteminin real istismara verilməzdən əvvəl test edildiyi mühit, sistem inzibatçısı informasiya sistemində dəyişiklikləri tətbiq edən, onun ehtiyat nüsxələrinin yaradılmasını, fəaliyyətinin monitorinqini və fasiləsiz fəaliyyətini təmin edən, habelə səlahiyyət bölgüsünə əsasən sistem üzrə digər funksiyaları həyata keçirən nəzarət subyektinin personalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Son istifadəçi cihazı şəbəkəyə qoşulmuş informasiya və kommunikasiya texnologiyaları avadanlıqları (məsələn, masaüstü kompüterlər, mobil cihaz, əşyaların interneti və s.), təchizatçı müqavilə əsasında nəzarət subyektinə mal (iş, xidmət) təqdim edən şəxsdir.