Siyahıyaalma aktına ölənin mənzilindəki (binasındakı) bütün əmlak daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Ayrı-ayrı əşyaların onlara məxsus olması haqqında qonşuların və digər şəxslərin məlumatı siyahıyaalma aktına daxil edilir, əlaqədar şəxslərə isə həmin əmlakın siyahıdan çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmək qaydası izah olunur. Əmlakın siyahıya alınması dayandırılarsa və ya bir neçə gün çəkərsə, hər dəfə mənzil (bina) notarius tərəfindən möhürlənir.