Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı baş verməsi haqqında qanunvericiliklə və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə qədər sığortaçıya bildirilmiş, lakin sığorta ödənişləri verilməmiş, yaxud tam verilməmiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi məqsədilə formalaşdırılan ehtiyatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) hesabat tarixinə qədər baş verməmiş, lakin sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi məqsədilə formalaşdırılan ehtiyatdır.