Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Vərəsənin arzusu ilə ona vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti verilə bilər.