Xərc əmsalı hər bir sığorta sinfi və sığorta portfeli üzrə xərclərin qazanılmış məcmu sığorta haqlarına nisbətinə bərabərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Hər bir sığorta sinfi və bütün sığorta portfeli üzrə zərərlilik dərəcəsi təkrarsığortaçıların payı həm çıxılmamaqla, həm də çıxılmaqla hesablanır. Təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərərlilik dərəcəsi təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalının və xərc əmsalının cəminə bərabərdir.