Personal və aktivlərə giriş hüququ olan təchizatçılarla müqavilə münasibətlərinə xitam verilməsindən və ya dəyişdirilməsindən sonrakı dövr üçün informasiya təhlükəsizliyi üzrə öhdəliklər müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Personal və təchizatçılara informasiya və digər əlaqəli aktivlərə giriş hüququ verilən zaman informasiyanın qorunması və icazəsiz kənar şəxslərə açıqlanmasının qarşısının alınması məqsədilə azı aşağıdakıları nəzərdə tutan razılaşma formaları hazırlanır və tərəflər arasında imzalanır:

– həssas informasiyanın əhatə dairəsi;

– razılaşmanın qüvvədə olma müddəti;

– informasiyanın icazəsiz açıqlanmasına görə tərəflərin məsuliyyəti;

– informasiya və digər əlaqəli aktivlər üzərində sahiblik hüquqları;

– informasiya və digər əlaqəli aktivlərdən istifadənin monitorinqi və uyğunsuzluq hallarında görüləcək tədbirlər;

– təqdim edilmiş informasiya və digər əlaqəli aktivlərin geri qaytarılması və ya məhv edilməsi qaydası.