Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aidiyyəti icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq şərtlərə uyğunluğa dair rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanun əsasında həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.