Binanın hesabi sahəsinin necə müəyyən edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın hesabi sahəsi, aşağıdakılar istisna olmaqla, ona daxil olan yerləşgələrin sahələrinin cəmi kimi müəyyən edilir:
– dəhlizlər, tamburlar, keçidlər, pilləkən qəfəsələri, daxili açıq pilləkənlər;
– lift şaxtaları;
– mühəndis avadanlığı və mühəndis kommunikasiyaların yerləşdirilməsi üçün ayrılmış yerləşgələr.